“Hökumətdə və nazirliklərdə işıqlar saat 7-də sönür”

“Azərbaycanla sülh prosesi Ermənistanda heç bir maneəyə rast gəlməyib”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Qeqam Manukyan deyib.

Onun sözlərinə görə, ilkin olaraq sülh müqaviləsi layihəsində razılaşdırılmamış fundamental məsələlər var idi.

“Amma Ermənistan hakimiyyəti cəmiyyəti hazırlamaq, problemləri həll etməyə çalışmaq və hər hansı ssenarilərə hazırlaşmaq əvəzinə eyni vaxtda Bakıdan və Ankaradan gələn bəyanatlardan, bəzən də təhdidlərdən yan keçərək, “Sülh kəsişməsi”, Türkiyə və Azərbaycanla dinc yanaşı yaşamaq barədə bəyanatlar verir. Hakimiyyət cəmiyyəti rahatlıq vəziyyətinə salmaq, ölkədə hər şeyin normal olduğu görüntüsü yaratmaq üçün hər şeyi edir. Sadə dillə desək, hansısa uşaq bağçası üsullarından istifadə olunur, velosiped sürmək, konsertlər və s.

Ermənistanın hakimiyyət sistemində anormal, ekssentrik daxili diktatura mövcuddur. Bu da dövlət aparatının vəziyyətə normal və tam reaksiya verməsinə imkan vermir. Dövlət aparatının özü dağılmış vəziyyətdədir. Hökumətdə və nazirliklərdə işıqlar saat 7-də sönür” - deyə Manukyan bildirib.

Musavat.com

30.07.2024 15:47
1254