Hökumət parlamentə gəlib

Milli Məclisin növbəti iclası öz işinə başlayıb. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunacaq.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova Baş nazir Əli Əsədovu, Nazirlər Kabinetinin üzvlərini, deputatları salamladıqdan sonra parlamentdə keçirilən son görüşlər, dinləmələrlə bağlı nitq söylədi. Daha sonra gündəliyin müzakirəsinə keçildi.

E.Paşasoy,
Musavat.com

15.03.2024 11:21
436