Hizbullahın İsrail PLANI - İrandan fərqli olaraq...

Hizbullah İrandan ayrıca olaraq İsrailə hücum etməyə hazırlaşır.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, bir neçə məlumatlı mənbənin bildirdiyinə görə, Hizbullah silahlıları yaraqlıları İsrailə hücum planlaşdırmaqda İrandan daha sürətli hərəkət ediblər və yəqin ki, bu hücumu yaxın günlərdə həyata keçirəcəklər.

CNN telekanalı adı açıqlanmayan bir neçə ABŞ rəsmisinə istinadən bildirib ki, görünür, İran hökuməti hələ də İsrailə hücum etmək üzərində işləyir.

ABŞ hərbi rəsmisinin sözlərinə görə, İran hökuməti İsrailə hücuma hazırlaşmaq üçün yalnız bir neçə addım atıb.

“Ancaq İran hökumətinin və onun ən böyük #proksi_qüvvəsi olan Hizbullahın İsrailə qarşı birgə hücum hazırlayıb-hazırlamaması və ya bunu ayrı-ayrılıqda həyata keçirəcəkləri hələ də aydın deyil. Hizbullah və İran arasında bu barədə #fikir_ayrılığı da ola bilər”, - deyə, başqa bir amerikalı hərbi rəsmi CNN-ə əlavə edib.

Musavat.com

08.08.2024 20:17
554