Hizbullah təkzib etdi - "Xəbərlər əsassızdır..." (YENİLƏNİB)

Livan "Hizbullah"ı  Haşim Səfiəddinin baş katib təyin edilməsi xəbərləri ilə bağlı rəsmi açıqlama yayıb.

Musavat.com xəbər verir ki, hərəkatın açıqlamasında qeyd edilir ki, Seyid Həsən Nəsrullah və bu hərəkatın digər şəhid məmurlarının varisliyi ilə bağlı hələ də heç bir fərziyyə yoxdur və qərarlar verildikdən sonra yekun nəticə açıqlanacaq.

Qeyd edək ki, bir neçə saat öncə hərəkata Haşim Səfiəddinin rəhbər təyin edildiyi xəbərləri yayılmışdı.

****

Hizbullah hərəkatının yeni baş katibi Haşim Səfiəddin olub.

Musavat.com bu barədə "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.

Qeyd edək ki, 1992-ci ildən Hizbullaha liderliyi iki gün əvvəl İsrailin Beyruta hava zərbələri nəticəsində həlak olan Həsən Nəsrullah edib.

Xatırladaq ki, İsrail tərəfi bundan sonra Hizbullaha kim liderlik edəcəksə, onun da hədəflərində olacağını bildirmişdi.

Attachment

Musavat.com

30.09.2024 02:12
1688