“Hizbullah” Qüdsə doğru uzaqmənzilli raket atdı

“Hizbullah”ın Livandan Qüdsə doğru çoxlu sayda uzaqmənzilli raket atdığı bildirilir.

Publika.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

Bu, davam edən döyüşlər zamanı “Hizbullah” tərəfindən həyata keçirilən ən uzun mənzilli raket hücumudur.

Məlumata görə Livanla sərhəddən təxminən 140 kilometr içəridə yerləşən bölgələrdə siren səsləri eşidilir.

İsrail ordusu tezliklə raket hücumları ilə bağlı məlumat veriləcəyini açıqlayıb. Livandan Qüds və onun ətraf ərazilərinə 100-dən çox raket atıldığı bildirilir.

Qüdsün ətraf bölgələrində elektrik enerjisinin kəsilməsinin infrastrukturun zədələnməsi səbəbindən baş verdiyi ehtimal olunur.

29.09.2024 02:50
451