İsrail bütün qırmızı xətləri keçib, çox sayda livanlı mülki əhalinin həyatını təhlükəyə atıb.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, bu sözləri Hizbullah lideri Həsən Nəsrullah Livanda elektron cihazların partladılmasına münasibət bildirərkən deyib.
"Livanda elektron cihazlarla baş verənlər müharibə elanına səbəb olan genişmiqyaslı terror aktı, soyqırımdır" - deyə o bildirib.
H.Nəsrullah peycer partlayışlarına görə qisas alacağına söz verib, lakin hərəkətə keçməyə tələsməyəcəklərini vurğulayıb.
O əlavə edib ki, Livan tarixində belə hücum görünməyib.
Həsən Nəsrullah əlavə edib ki, Livan İsrail tərəfindən tarixində misli görünməmiş və ən böyük hücuma məruz qalıb. Bu İsraillə müharibə vəziyyəti deməkdir.
Onun sözlərinə görə, qrupun döyüşçüləri yüksək hazırlıq vəziyyətindədir və tam silahlanıb.
Nigar HƏSƏNLİ,
Musavat.com