“Hizbullah” lideri Həsən Nəsrullah oktyabrın 4-də dəfn ediləcək.
Musavat.com xəbər verir ki, bu barədə “Aftab News” saytı İraq mediasına istinadən məlumat yayıb.
“Hizbullah” liderinin dəfn yeri ilə bağlı məlumat verilməyib.
Livan mediası da bu barədə heç bir xəbər paylaşmayıb.
Xatırladaq ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta raket hücumları zamanı öldürülüb.
Musavat.com