Livanın “Hizbullah” hərəkatının buraxdığı bir neçə pilotsuz uçuş aparatı İsraildəki hədəfləri vurub.
“Report” xəbər verir ki, bu bəyanatla hərəkatın lideri Həsən Nəsrullah çıxış edib.
“Əməliyyatımız iki mərhələdən ibarət idi: birincidə eyni vaxtda 300-ə yaxın raket atdıq, ikincisində isə pilotsuz uçuş aparatları buraxdıq. Nəticədə biz İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini yayındıra bildik və əldə etdiyimiz məlumata görə, bir neçə PUA hədəflərinə çatıb”, - deyə Nəsrullah bildirib.
O, əlavə edib ki, “Hizbullah” avqustun 25-də öz mülahizələrinə əsaslanaraq, digər müttəfiqlərindən ayrı hərəkət etmək qərarına gəlib və bunun səbəbi daha sonra açıqlanacaq.