"Hizbullah"ın səhra komandiri öldürüldü

"Hizbullah"ın səhra komandiri öldürülüb.

"Al Hadath" telekanalı xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Jadra şəhərində "Hizbullah"a məxsus avtomobili vurub.

Hücum nəticəsində "Hizbullah"ın üç döyüşçüsü öldürülüb, onların arasında Aytrun Xəlil Fares bölgəsindən olan səhra komandiri də olub.//APA

10.02.2024 18:02
444