“Hizbullah”ın hərbi bazalarına zərbələr endirildi

İsrail qırıcıları Livanda “Hizbullah”ın üç hərbi bazasına hücum edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

"Bir müddət əvvəl İsrail ordusunun döyüşçüləri Livanın cənubundakı Kantara, Yarin və Taybe ərazilərində “Hizbullah”ın üç hərbi bazasına hücum edib", - məlumatda deyilir.

Bundan əlavə, ordu “Livanın cənubundakı Labune bölgəsində “Hizbullah”ın daha bir terror obyektinə zərbə endirib”, - mətbuat xidməti əlavə edib.//Report

16.02.2024 04:50
624