Livanın “Hizbullah” hərəkatı İsrail hərbçiləri ilə şiddətli toqquşmaların baş verdiyini bildirib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanat hərəkatın hərbi informasiya xidməti tərəfindən teleqram kanalında dərc olunub.
Təşkilat bundan əvvəl Livanla sərhəddə İsrail əsgərlərinə qarşı əməliyyat keçirdiyini və bu əməliyyat zamanı 5 hərbi mövqenin vurulduğunu, Sadehdəki komanda-müşahidə məntəqəsinə, Zerait və Miskavamdakı ordu kazarmalarına zərər dəydiyini açıqlayıb.
Musavat.com