Radikal HƏMAS hərəkatı əhəmiyyətli dərəcədə zəifləyərsə, Livanın "Hizbullah" təşkilatı Fələstin-İsrail münaqişəsinə girəcək.
Musavat.com xəbər verir ki, bu barədə çərşənbə axşamı "The New York Times" Livan rəsmisinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, HƏMAS-ın məhv edilməsi təhlükəsi "Hizbullah"ın münaqişəyə müdaxiləsi üçün qırmızı xətt olacaq. Onun fikrincə, “Hizbullah” HƏMAS-ın indi köməyə ehtiyacı olmadığı qənaətindədir.
Musavat.com