Yaxın Şərq regionundakı budəfəki qarışıqlıq ABŞ-yə Çinə qarşı strateji əməliyyat aparmaq imkanı yaradır.
Vaşinqton ikinci tərəfdən İran-İsrail münaqişəsini öz maraqlarını genişlətmək üçün idarə etməkdə maraqlıdır.
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.
O deyib ki, indiki məqamda ABŞ İsrail üçün Vaşinqtonun çərçivələrindən kənara çıxmayacaq səviyyəni formalaşdırmağa çalışır və bunun üçün İranın həmlələrindən istifadə etməyə səy göstərir:
"İsrailin "Hizbullah"a qarşı əməliyyatlarının davamlı olacağı təqdirdə isə dövriyyəyə Rusiya girəcək, bunun da səbəbləri var. Bundan sonra Rusiya-İsrail əlaqələrindəki dinamikanı izləmək lazımdır".
Afaq,
Musavat.com