Xəbər verdiyimiz kimi, Bakıda Əhmədlidəki hipermarketdə atışma baş verib.
Musavat.com-un məlumatına görə, silahlı insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölən şəxs başından güllələnərək qətlə yetirilən Həsənov Rüfət Rahib oğludur. Şaydayev Samir Ruslan oğlu kürək nahiyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ çiynindən güllələnib.
Musavat.com hadisənin anbaan görüntülərini təqdim edir: