Hindistandan AÇIQLAMA: ABŞ-la danışıqlar davam edir

Hindistan ABŞ-dan yeni silah və təyyarə alışı planlarının dayandırıldığı barədə xəbərləri təkzib edib.

Musavat.com xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi "Sputnik"ə verdiyi açıqlamada, həmin xəbərlərin uydurma və yalan olduğu vurğulayıb.

Hindistan rəsmisi, müxtəlif tenderlərin mövcud prosedurlara uyğun olaraq davam etdiyini qeyd edib.

Musavat.com

08.08.2025 18:30
271