Hindistanda Sip çayında qayığın batması nəticəsində 7 nəfər ölüb

Hindistanın mərkəzində Madhya-Pradeş ştatının Şeopur rayonunda Sip çayında qayığın çevrilməsi nəticəsində beşi uşaq olmaqla yeddi nəfər həlak olub.

Bu barədə ştatın rayon polis şöbəsindən məlumat verilib.

“Ölən yeddi nəfər arasında 4-15 yaş arası beş uşaq, 35 yaşlı kişi və 30 yaşlı qadın var. Ölənlər yerli sakinlər və Mali bağçılıq icmasının üzvləridir”, – idarədən bildirib.

Məlumata görə, qayıqda cəmi 11 nəfər olub, 4 nəfər xilas edilib.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.\\“Report”

02.06.2024 02:06
323