Hindistanda müəllimlər ikinci sinif şagirdini qurbanlıq ediblər

Hindistanın Uttar Pradeş ştatında özəl məktəbin rəhbərliyi və müəllimləri şagirdi ritual şəkildə qətlə yetirməkdə günahlandırılıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Economic Times” yazır.

Hadisə sentyabrın 23-də Hatras şəhərində baş verib. Polis ritual qətldə şübhəli bilidiyi müəllimləri və özəl məktəbin direktorunu həbs edib. Kişilər 11 yaşlı uşağı qaçıraraq məktəblərinə firavanlıq və uğur gətirməli olan “qara sehr” ritualı zamanı öldürüblər.

Uşağın yataqxana otaqlarından birində boğularaq öldürüldüyü iddia edilir. Təhsil müəssisəsinin rəhbərliyi övladlarının guya xəstələnməsini valideynlərə çatdırmaqla cinayəti gizlətməyə çalışıb.

Polis direktoru, onun qohumunu və üç müəllimi həbs edib. İstintaq və axtarışlar zamanı onların üzərindən müxtəlif ayin əşyaları aşkar edilib. Həmçinin məlum olub ki, şübhəlilər əvvəllər də başqa bir şagirdi, doqquz yaşlı uşağı öldürməyə cəhd ediblər.

Hazırda özəl məktəb bağlanıb, onun işində çoxsaylı qanun pozuntuları aşkar edilib. Qurbanın valideynləri təqsirləndirilən şəxsə Hindistanda icazə verilən edam cəzasına məhkum edilməsini istəyib.

Musavat.com

02.10.2024 14:10
674