Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı artıb.
Bu barədə NDTV televiziyası məlumat yayıb.
Kanalın xəbərinə görə, hadisə zamanı 91 nəfər ölüb. 70 zərərçəkən xəstəxanaya yerləşdirilib.
xxx
Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
Musavat.com xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Məlumata görə, Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub və hadisə də bu zaman baş verib. Körpü dağılıb. 100-dən çox insan su altında qalıb.
Xilasedicilər hazırda hadisə yerindədir.
Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.
Toğrul İSMAYIL,
Musavat.com