Hindistanda çayda qayıq batıb, azı 20 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatında Yamuna çayında qayığın batması nəticəsində azı 20 nəfər ölüb.

Bu barədə “Report” “India Today” telekanalına istinadən xəbər verir.

Qeyd edək ki, qayıqda, təxminən, 30 nəfər olub. Hindistanın Fövqəladə Hallar Xidməti qurbanların sayının artacağını bildirib.

11.08.2022 21:34
259