Hindistanda avtobus qəzaya uğrayıb, 25 nəfər ölüb

Hindistanın Uttarakhand ştatında zəvvarları daşıyan avtobus dərəyə aşıb.

Trend "ANİ" agentliyinə istinadən xəbər verir ki, avtobusun dərəyə aşması nəticəsində azı 25 zəvvar həlak olub, 3-ü isə xəsarət alıb.

Məlumata əsasən, qəza zamanı avtobusda 28 nəfər olub. Hazırda xilasetmə əməliyyatları davam etdirilir.

 

 

Qəzanın səbəbi barədə məlumat verilmir.

05.06.2022 23:03
216