Hindistanda avtobus körpüdən aşdı- 22 nəfər öldü

Hindistanda avtobus sürücüsü idarəetməni itirdikdən sonra körpüdən çay yatağına aşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər ölüb.

Hadisə yerinə polis qrupları çağırılıb və araşdırma başlanıb.

09.05.2023 18:01
271