Hindistan “Sindur” əməliyyatını dayandırmır – "Pakistan təcavüz edərsə, biz də geri çəkilməyəcəyik"

Hindistan Müdafiə naziri Racnat Sinqh ölkəsinin “Sindur” əməliyyatını hələlik tam başa çatdırmadığını bəyan edib.

Musavat.com xəbər verir ki, Sinqh Pakistanla mövcud gərgin vəziyyətin artmasına qarşı Hindistanın ehtiyatla yanaşdığını, lakin təhlükə qarşısında geri çəkilməyəcəklərini vurğulayıb.

“Biz vəziyyəti daha da gərginləşdirmək istəmirik. Lakin əgər Pakistan hərəkətə keçərsə, biz də geri çəkilməyəcəyik,” – deyə Sinqh bildirib.

Musavat.com

08.05.2025 13:22
2417