Hindistan səhm bazarında HonkKonqu geridə qoyacaq - Financial Times

Hindistan fond bazarı - Hindistanın Milli Fond Birjası (NSE) və Bombay Birjası dünyanın ən böyük birjaları arasında HonqKonqun yerini tutmağa hazırlaşır. Financial Times (FT) qəzetinin yazdığına görə, buna Hindistan birjalarında səhm qiymətlərindəki son artım imkan yaradır.

Dünya Birjalar Federasiyasının məlumatına görə, Hindistan birjalarında siyahıya alınmış yerli şirkətlərin ümumi bazar kapitallaşması oktyabrın sonunda 3,7 trilyon dollara çatıb. Həmin dövrdə HonqKonq birjası üzrə bu göstərici 3,9 trilyon dollar təşkil edib.

Hindistanda səhmlərin dəyəri noyabr ayında irihəcmli gəlirlər və nikbin artım proqnozları sayəsində yüksəlib. Nəticədə Hindistan birja qrupu Nyu-York Fond Birjası, Nasdaq, Şanxay Birjası, Euronext, Yaponiyanın Yaponiya Birja Qrupu və Shenzhen Birjasından sonra dünyanın yeddinci yerə yüksəlib.

NSE-nin əsas indeksi NIFTY 50 keçən ay 8,1 faiz artaraq bu həftə rekord həddə çatıb. HonqKonqun Hang Seng indeksi isə Çin iqtisadiyyatındakı problemlər fonunda 6,7 faiz azalıb. BNP Paribasın HonqKong rəhbəri Abhiram Elesvarapunun sözlərinə görə, son on il ərzində Hindistan və Çində fond indeksləri "əsasən eyni istiqamətdə hərəkət edib", lakin son üç ildə onlar "Çinin ümumi olaraq geriləməsi ilə ayrılmağa başlayıb".

Elesvarapunun sözlərinə görə, investorları Hindistanda varlı hindlilərin yüksək istehlak səviyyəsi, o cümlədən daşınmaz əmlak və dəbdəbəli mallara xərclərin artması, habelə infrastruktura artan dövlət xərcləri cəlb edir.

Musavat.com

10.12.2023 23:07
691