Hindistan Lahora HÜCUM ETDİ - Hava limanı yaxınlığında PARTLAYIŞ OLDU

Hindistanla gərginlik fonunda Pakistanın Lahor şəhərində bir neçə partlayış səsi eşidilib.

Musavat.com xəbər verir ki, bu barədə Pakistanın “Samaa TV” telekanalı məlumat yayıb.

Telekanalın polis mənbələrinə istinadən verdiyi məlumata görə, Lahor hava limanı yaxınlığında Hindistana məxsus pilotsuz uçuş aparatı vurulub.

Qeyd edək ki, mayın 6-da Hindistan Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti elan edib ki, Hindistan hücumları nəticəsində 6 mülki obyekt zərər görüb və 26 nəfər ölüb.

Musavat.com

08.05.2025 09:19
794