Hindistan hökuməti Ermənistana ballistik raket satışına icazə verib?

Hindistan hökuməti ölkədə istehsal olunan raketlərin “dost xarici” ölkəyə ixracına icazə verib.

Musavat.com xəbər verir ki, bu məlumatı Hindistanın Alpha Defence portalı yayıb.

Yazıya əlavə edilən fotoya əsasən, Ermənistan mətbuatı söhbətin “Pralay” kvazi ballistik raketlərindən getdiyini bildirir.
Qeyd edək ki, bir müddət öncə Indian Defence Research Wing yazmışdı ki, Hindistan Ermənistanı bu raketlərlə təchiz etmək üçün tez bir zamanda müqavilə bağlamaq niyyətindədir.

“Pralay” qısamənzilli, kvazi ballistik, bərk yanacaqlı yer-yer tipli raketdir. 150-500 km məsafədəki hədəfləri vura bilir.

 

Musavat.com

14.10.2024 23:37
1810