“Hindistan 2023-cü ilin yazında əhalinin sayına görə Çini keçə bilər”.
Azpost.info xəbər verir ki, bu barədə “The Economist” jurnalı yazıb.
BMT-nin proqnozlarına görə, aprelin 14-nə qədər əhalinin sayına görə Hindistan birinci yerdə olacaq.
“The Economist” bu hadisənin böyük simvolik əhəmiyyət kəsb edəcəyinə inanır: “Yeganə sual Hindistanın bu liderlikdən yararlana bilib-bilməyəcəyidir”.
Ekspertlərin fikrincə, Hindistanda əhalinin artımı 2050-ci illərə qədər davam edəcək.
Hazırda Hindistanda 1,4 milyard insan yaşayır.