Hikmət Məmmədov vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim ölüb.

Musavat.com-un oxu.az-a istinadən məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin sabiq dekanı Hikmət Süleyman oğlu Məmmədov vəfat edib.

O, Texnika üzrə fəlsəfə doktoru, dosent, AzMİUnun fəxri professoru olub.

2012-ci ildə “Tərəqqi” medalına, 2016-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

2018-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif edilib.

30 dərslik və dərs vəsaitininin 1 monoqrafiyanın və 200-ə yaxıən elmi məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

 

13.08.2024 09:57
2240