“Laçın” sərhəd-gömrük buraxılış məntəqəsi Azərbaycanın suveren ərazisində yerləşir. Tezliklə BQXK-nın Xankəndidən Ermənistana tibbi səfəri gözlənilir.
Musavat.com xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, erməni lobbisi sərhədin o tayında selfi çəkən avropalı siyasətçilərə və Avropa Parlamentinin deputatlarına pul verir və onları korlayır.