"Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, üçüncü ölkəyə ehtiyac yoxdur. Əksinə, üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər verir".
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
H.Hacıyev əlavə edib ki, Ermənistanın silahlanmasının arxasında dayanan qüvvə Fransadır:
"Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Silahlar təkcə Ermənistan tərəfindən verilmir”.
Nigar HƏSƏNLİ,
Musavat.com