Hikmət Hacıyev Sallivanla görüşüb - FOTO

Hikmət Hacıyev ABŞ-da ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.

Musavat.com xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Ağ Evdə mənim ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə çox məzmunlu görüşüm oldu və biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı və əlaqələrimizin gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik. Regional və qlobal problemlər müzakirə olundu. Biz həmçinin regionda sülhün təşviqi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”, - Hikmət Hacıyev qeyd edib. 

photo_2024-05-17_22-31-40.jpg (136 KB)

17.05.2024 22:26
1251