Hikmət Hacıyev Mövlut Çavuşoğluya təşəkkür edib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda müdafiə edən Mövlud Çavuşoğluya təşəkkür edib.

Musavat.com-un məlumatına görə, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev X hesabında yazıb:

"Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”. 

Screenshot_9.png (73 KB)

26.01.2024 21:31
929