Hikmət Hacıyev Fəxrəddin Altuna təşəkkür edib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda müdafiə edən Fəxrəddin Altuna təşəkkür edib.

Musavat.com-un məlumatına görə, H.Hacıyev X hesabında Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altuna yazıb:

"Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və Kommunikasiya idarəsi olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz".

Screenshot_8.png (75 KB)

26.01.2024 21:11
1107