Hikmət Hacıyev Cahit Bağçı ilə görüşüb: Şuşa Bəyannaməsi... - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Cahit Bağçı özünün "Twitter" hesabında bildirib.

Görüş zamanı Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində əlaqələrin inkişafından və regional məsələlərdən danışılıb.

10.07.2023 18:34
523