Hikmət Hacıyev: “Biz Şarl Mişelin rolunu yüksək qiymətləndiririk”

“Biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə qeyd edib.

“Biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etmək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, - Prezidentin köməkçisi bildirib.

 
 
31.08.2022 20:26
617