Əməkdar artist Əkbər Əlizadə Bakı Zooloji Parkında biletlərin qiymətlərinin artırılmasından gileylənib.
Aktyor zooparka olan girişin teatrdan baha olmasına belə münasibət bildirib:
“Teatrlara bilet 5 manatdan başlayır. Heyvanlara olan maraq aktyorlardan üstün imiş”.
Sosial şəbəkə hesabında məsələyə tənqidi yanaşan sənətçini yüzlərlə izləyicisi dəstəkləyib.
Qeyd edək ki, Bakı Zooloji Parkında böyüklər üçün 5 manat olan bilet artıq 7 manata satılır. (yenisabah.az)