ABŞ-ın Oreqon ştatının Portlend şəhərindən Kaliforniyanın Ontario şəhərinə uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsinin təcili çıxış qapısı təzyiqin düşməsi nəticəsində 16 min fut yüksəklikdə açılıb.
Oktyabr ayında hava yollarına təhvil verilən "Boeing 737-MAX 9" sərnişin təyyarəsi 174 sərnişin və 6 ekipaj üzvü ilə təcili olaraq Portlend Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Həmin görüntüləri təqdim edirik:
Musavat.com