HƏYƏCANLI ANLAR: Təyyarə qəza enişi etdi - ANBAAN VİDEO

Türkiyənin Kayseri şəhərində 12-ci Hava Nəqliyyatı Baza Komandanlığından təlim keçmək üçün havaya qalxan "C-160" təyyarəsi texniki nasazlıq səbəbindən təcili eniş etməli olub.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təyyarəyə cüzi zərər dəyib, pilotlar və ekipaj xəsarət almayıb.

Həmin görüntüləri təqdim edirik:

Musavat.com

25.01.2024 12:34
1123