"Həyatımı onsuz təsəvvür edə bilmirəm"

"Həyatımı anamsız təsəvvür edə bilmirəm. Allah gecindən versin, onsuz həyat mümkün deyil. Bəlkə ona çox bağlıyam. Onun zəngini ilk çağırışdan açmasam, elə bilərəm xəyanət etmişəm".

Bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib.

Anası Dilavər xanımdan danışan aparıcı bunları əlavə edib:

"Başa düşürsünüz ana nə deməkdir? Mənim anamın yerini kim verə bilər? Heç kim... Mümkün deyil. Özəldir, kimləsə müqayisə edə bilmərəm. Bir tac var, o da anadır. Xanımın qəlbindədir, yanındadır. Kişini təmənnasız sevən insan anadır". (Axşam.az)

04.12.2023 11:30
1501