Xalq artisti Natiq Şirinovun musiqiçi oğlu Ümid Natiqoğlu həyat yoldaşı Fatimə ilə bağlı paylaşım edib.
O, xanımını ad günü münasibəti ilə təbrik edib. Ümid toy görüntülərini yayımlayaraq bunları yazıb:
"Ad günün mübarək, həyat yoldaşım. Həyatıma rəng, nəfəsimə ilham oldun. Səni sevirəm, hər gün, hər an".
Qeyd edək ki, Ümid və Fatimə cütlüyünün 1 qız övladı var. Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. (Axşam.az)