"Mənə çox maraqlıdır görəsən aranızda balaca Bəyimxanımı tanıyanlar çoxdur ya az?"
Bu sözləri əməkdar artist Bəyimxanm Vəliyeva sosial şəbəkə hesabında yayımladığı arxiv videosu ilə bağlı yazıb.
"Bu isə düz 1996-ci ilin görüntüsüdür. Yəni üstündən düz 27 il keçib. O zaman mən hamımızın sevimlisi Ələkbər əmi var idi. Yəqin ki, çoxunuz xatırlayarsınız. Allah ona qəni-qəni rəhmət eləsin, həyatdan nakam köçdü o da. O zaman mən Ələkbər əminin bütün efirlərinin ən sevimli ifaçısı idim. Hər zaman öz verilişlərinə məni mütləq çəkirdi" - də əməkdar artist sözlərini yekunlaşdırıb./OLAY