Məşhur aktrisa Gökçe Bahadırın başına iş gəlib.
BAKU.WS xəbər verir ki, ötən gün həyat yoldaşı Emir Ersoyun ad gününü qeyd edən aktrisa onunla birlikdə tortun şamlarını üfürüb.
Bu zaman Gökçenin uzun saçları şama dəyərək yanmağa başlayıb. Emir tez müdaxilə edərək Gökçenin saçındakı alovu əli ilə söndürüb.
Həmin vaxt yaşananlar məclisə dəvət alan qonaqlar tərəfindən anbaan görüntülənib.
Xatırladaq ki, aktrisa musiqiçi həyat yoldaşı ilə 2022-ci ildə ailə qurub. Gökçe Bahadır "Yaprak dökümü" serialı ilə məşhurlaşıb. O ekran işində "Leyla" obarzına həyat verib.