Türkiyənin Zonquldak vilayətində 22 yaşlı həyat yoldaşı Bahar Kanyılmazı küçənin ortasında tapança ilə başından vuran Tarık Kanyılmaz həbs edilib.
Musavat.com xəbər verir ki, iki uşaq anası olan həyat yoldaşını 5 güllə ilə qətlə yetirən Kanyılmazın ifadəsi ortaya çıxıb.
"Boşanmaq istəyirdi. Mən də uşaqları ver, onlara mən baxım deyirdim. O isə uşaqları sənə verməyəcəm deyirdi",-deyə Tarık Kanyılmaz ifadəsində bildirib.
Hadisədən sonra ölkə xaricinə qaçmağa cəhd edən şübhəli polislər tərəfindən yaxalanıb. Tarık Kanyılmaz aparıldığı məhkəmə tərəfindən həbs edilib.
Musavat.com