Həyat yoldaşını küçənin ortasında bıçaqlayan kişini bu hala saldılar - ANBAAN VİDEO

Türkiyənin Van vilayətində bir şəxs mübahisə zamanı 33 yaşlı həyat yoldaşını küçənin ortasında bıçaqlayıb.

Musavat.com xəbər verir ki, ətrafdakı vətəndaşlar həyat yoldaşını bıçaqlayan şəxsi linç ediblər.

Polislər linç edilən şəxsi çətinliklə xilas ediblər. 

Polisin müdaxiləsi ilə linçdən xilas edilən şübhəli saxlanılaraq polis bölməsinə aparılıb. Bıçaqlanan qadının reanimasiya şöbəsində müalicəsinin davam etdiyi öyrənilib.

Musavat.com

11.03.2024 16:08
1546