"Həyat yoldaşımı başqası ilə görsəm, gözümü yumub keçərəm"

Müğənni Yeganə Mürsəlovanın xəyanətlə bağlı açıqlaması müzakirələrə səbəb olub.

"Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi həyat yoldaşının xəyanətini bağışlayacağını deyib.

"Ailə elədir ki, hər şey evin içində qalmalıdır. Xanım da bəzi şeyləri udmalıdır, bəylər də. Balalara xatir olmalıdır".

Yeganə aparıcının "Bilsəniz ki, həyat yoldaşınızın həyatında başqa qadın var, bağışlayarsınız" sualına "Gəlib özü desə ki, başqa xanımla həyatımı davam edirəm, çıxıb gedərəm. Amma özüm görsəm, gözümü yumub keçərəm. Oğlum özüm boydadır" cavabını verib.

Qeyd edək ki, Yeganə Fatih Akbudak adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün Ömər adlı oğlu var.//axşam.az

16.11.2023 23:39
24079