Uzun illər səsi ilə adından söz etdirən məşhur müğənni Elif Karlı sosial media hesabından 1993-cü ildə ailə qurduğu iki övladının atası Ahmet Cengiz Karlının 6 aydır həbsdə olduğunu bildirib.
Musavat.com xəbər verir ki, ötən gün ərini həbsxanada ziyarət edən müğənni sosial media hesabından diqqətçəkən paylaşım edib.
Həyat yoldaşının 6 aydır həbsdə olduğunu deyən məşhur müğənni üsyan edib.
“Allah murdar insanların qəlbinə rəhmət eləsin”,-deyə Elif Karlı bildirib.
Müğənninin sözügedən paylaşımı sosial mediada geniş müzakirələrə yol açıb.
Toğrul İSMAYIL,
Musavat.com