Həsən Nəsrullah ÖLDÜRÜLDÜ? - İsrail mediası TƏSDİQLƏDİ (YENİLƏNİB)

İlk yayımlanma zamanı: 27.09.2024 (23:37)

"İsrailin qiymətləndirməsinə görə, terror qruplaşması Hizbullahın rəhbəri Həsən Nəsrullah Beyrutdakı yeraltı qərargahına qarşı hava zərbəsi nəticəsində öldürülüb."

Musavat.com xəbər verir ki, bu barədə "Times of İsrael" məlumat yayıb.

Bundan başqa, İsrailin dövlət televiziyası olan "Kan TV" əvvəlcə ekranda Nəsrullahın "xəsarət aldığına" inanıldığını bildirən başlıqdan istifadə edib, lakin qısa fasilədən sonra onun öldüyünə dair İsrailin dəyərləndirməsi olduğu ilə bağlı məlumatlar yayıb.

****

İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli İranın Tasnim xəbər agentliyi, İsrailin Beyruta endirdiyi zərbədən sonra Hizbullahın baş katibi Həsən Nəsrullahın sağ olduğunu iddia edən bəyanat yayıb. Lakin bundan bir neçə dəqiqə sonra həmin bəyanatı geri götürüb.

Musavat.com xəbər verir ki, bir çox iranyönlü mediada Nəsrullahın şəhid olduğu bildirilir.

Lakin onun sağ və ya ölü olduğu barədə hələlik təsdiqini tapan heç bir məlumat yoxdur. 

Qeyd edək ki, bu gün axşam saatlarında İsrail Beyrutda Hizbullahın qərargahını vurub. 

Nəticədə 14 nəfər öldüyü, 100-lərlə yaralının olduğu bildirlir. 

Ölənlər arasında yüksək rütbəli Hizbullah nümayəndələrinin olduğu qeyd edilib. 

Musavat.com

28.09.2024 02:21
3310