Hərbçilərin pensiya yaşı ARTIRILIR

Azərbaycanda hərbçilərin pensiya yaşı artırılır.

Musavat.com report-a istinadən xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Narkoloji xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanunda bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

22.12.2023 12:42
1427