“Ən böyük məzarlıq insanın ürəyidir çünki diriləri də ora dəfn edə bilirsən. Orada sənin əzizlərin, doğmaların var. Mən ölümdən qorxmuram çünki orada valideynlərim, cavan qardaşlarım var (ağlayır). Hər zaman ölümə hazıram. Həyat fanidir. Heç bilmirik beş dəqiqədən sonra sağ qalacayıq yoxsa yox. Bu qədər qəddar olmaq olmaz. Şər və böhtan atmaz, bir – birinin yolunu bağlamaz”.
Bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu “Rəngarəng” verilişində deyib.
Sənətçi dünyasını dəyişən ailə üzvlərindən danışaraq, göz yaşlarına qərq olub.
Nazənin bildirib ki, qardaşlarının ölümü ona sağalmaz yaralar qoyub:
“Valideynləriniziz qədrini bilin. Həyat o qədər boş və mənasızdır. Sonumuz torpaqdır. Heç kim bu dünyadan heçnə aparmayıb, aparası da deyil. Çalışın insanlığınızı itirməyin. İnsan olun. Mən beş qardaşımı itirmişəm. İki qardaşım uşaq olarkən itirmişəm. O zaman anlamamışam, qanmamışam. Amma bu son iki qardaşımın ölümü məni çox pis yandırdı. Bir qardaşımı mən böyütmüşdüm. O çox cavan yaşda dünyasını dəyişdi. Allah heç bir bacıya qardaş dağı göstərməsin. Bunu qardaşını itirən bacılar bilir. Mən ata evinə küsüb, getmirəm. Ona görə ki, orada məni qarşılayan anam, atam yoxdur. Orada yaşayan qardaşlarım yoxdur. O dəyərləri mən çox gözəl bilirəm (ağlayır). Mən onlarla yaşamışam, tərbiyəsi ilə böyümüşəm. Bu həyat ölümlü həyatdır. Bu ağlasığmayan şərləri, böhtanları yığışdırın. Ölümünüzü yada salın. Yaxınlarınızla deyin, gülün. Əgər əlinizdən yaxşılıq gəlmirsə, pislik də etməyin. Mən qardaşlarıma bacı olmuşam. Onlarla nəfəs almışam. Çalışmışam ki, onların başını aşağa salmayım. Demişəm ki, sən Nazənin ixtiyarı yoxdur artıq söz danışmağa, hərəkət etməyə. Amma bu gün onlar yoxdur. Çox istərdim ki, onlar oğlum Orxanı görsünlər. O da “dayı” deyərək, onlara telefonunu açsın”. (olay)