Hər ukraynalıya 1000 qrivna veriləcək – Zelenski açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Nazirlər Kabinetinə dekabrın 1-dən hər bir ukraynalıya 1000 qrivna verilməsini nəzərdə tutan proqram hazırlamağı tapşırıb.

Musavat.com Unian-a istinadən xəbər verir ki, prezident məlumatı xalqa axşam müraciətində açıqlayıb.

Zelenski bildirib ki, bu, böyüklər və uşaqlar üçün elektron dəstəyə çevriləcək. Onun sözlərinə görə, pulu Ukrayna mallarının, kommunal xidmətlərin, “Ukrzaliznitsa” biletlərinin, Ukrayna dərmanlarının, kitablarının və mədəni xidmətlərin ödənilməsinə sərf etmək olar: “Hərbiyə - könüllülərə, dronlara ianə verə bilərsiniz. Bütün detalları Nazirlər Kabineti müəyyən edib xalqa təqdim etməlidir. Mən bunu tezliklə gözləyirəm. Dekabrın 1-də insanların pulu olmalıdır”.

Qeyd edək ki, Ukraynada vergilərdə kəskin artım olacaq. Eyni zamanda bu ilin sonunadək ölkə G7-dən Rusiya aktivləri hesabın ödəniləcək 50 milyard dollardan yuxarı yardım almalıdır.

 

Musavat.com

26.10.2024 01:11
992