"Hər şey üçün çox sağ ol, sevgilim" - Emindən xanımına - VİDEO

Xalq artisti Emin Ağalarov qızı Afina və həyat yoldaşı Alyona Qavrilova ilə bağlı paylaşım edib.

İfaçı ailəsinin görüntülərini sosial media hesabında paylaşıb.

Emin daha sonra Alyona ilə fotolarını yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib:

"Ad günün mübarək, sevgilim. Hər şey üçün təşəkkür edirəm. Hər zaman xoşbəxt ol!"

Qeyd edək ki, Eminin Əminə adlı qızı, Əli və Mikayıl adlı əkizləri var. (Axşam.az)

07.08.2024 12:53
4461